Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97609
az

Rüfət İsmayılov həbs edilib - TƏCİLİ

18:5009 Noyabr, 2023
325
REDAKTORUN SEÇİMİ
  • A

Dağıstan Daxili İşlər Nazirliyinin istintaq idarəsinin rəisi Rüfət İsmayılovun evində və iş otağında axtarış aparılıb.

Oxu24.com  Rusiya KİV-ə istinadla məlumat yayıb ki, onun hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının səbəbi hələlik açıqlanmayıb. Lakin onun rüşvətxorluqda şübhəli bilindiyi deyilir.

Qeyd edək ki, teleqram kanallarında İsmayılovun müavini Dalqat Abdulqapurovla birlikdə Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən dindirilmək üçün Moskvaya aparıldığı barədə məlumat yayılıb.

Xatırladaq ki, İsmayılov Dərbənddə anadan olub və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Nijni Novqorod Akademiyasını bitirib. Daha sonra Dərbənd Şəhər Daxili İşlər Şöbəsinin istintaq işi üzrə rəis müavini vəzifəsində çalışıb. Rüfət İsmayılov 2019-cu il dekabrın 4-də nazir müavini vəzifəsinə təyin edilib və bir neçə ay bu vəzifədə çalışıb.

Məlumata görə, İsmayılov Dərbənd Azərbaycan diasporunun nüfuzlu simalarından olan hakim Hikmət İsmayılovun oğludur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİN vətəndaşlara müraciət edib - TƏCİLİ
Hava ilə bağlı XƏBƏRDARLIQ
Müəllim nazirə şikayət edir - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ