Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97605
az

Çinlə sərhəddə ilişib qalan rusların taleyi necə olacaq?

16:3709 Noyabr, 2023
207
DÜNYA
  • A

Amur vilayətinin Nəqliyyat və Yol Təsərrüfatı Nazirliyi bildirib ki, Amur çayı üzərində naviqasiyanın bağlanması ilə əlaqədar Heyhe-Blaqoveşensk sərhəd keçid məntəqəsində ilişib qalan rusların əksəriyyəti Rusiyaya qayıdıb, daha 30 nəfər isə keçidi gözləyir.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə “İnterfaks” məlumat yayıb.

 

Şöbədən vurğulanıb ki, hər bir işə fərdi şəkildə baxılır və sosial cəhətdən həssas vətəndaşlar, həmçinin müalicəyə gedənlər ilk olaraq ayrılırlar.

 

Onlar əlavə ediblər ki, tranzitlə səyahət edənlərə də üstünlük verilir.

 

Departament həmçinin zəruri hallarda Çinə səyahət etməməyi tövsiyə edib.

 

Bundan əvvəl məlum olmuşdu ki, 300-ə yaxın rusiyalı turist beşinci gün Çini tərk edə bilməyib.

Onlar gəmilərin onları Amur çayının o tayına - Rusiyaya daşımasına imkan verməyən hava şəraiti ilə əlaqədar Heyhedəki beynəlxalq keçid məntəqəsində ilişib qalıblar.

Rusların dediyinə görə, onların pulları tükənmək üzrədir və yemək və yaşayış xərclərini ödəməyə bir-iki gün qalıb. Daşıyıcı turistləri nə yaşayış yeri, nə də yeməklə təmin edib. 

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxıstan atom elektrik stansiyasının tikintisi zamanı “sanksiya bəndini” nəzərə alacaq
Zelenski Xorvatiyada keçiriləcək Cənub-Şərqi Avropa ölkələrinin sammitində iştirak edəcək
Rusiyada Pinterest cərimələnib

Yuxuda dırnaq görmək buna işarə imiş - YUXU YOZMALARI

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Xaçmazda iki nəfərdən 10 kq narkotik götürüldü