Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97560
az

BƏD XƏBƏR! Gəlir vergisi 20 faiz ola bilər (VİDEO)

19:5108 Noyabr, 2023
328
CƏMİYYƏT
  • A

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə dəyişikliklər təklif olunub.

Təklif olunan dəyişikliyin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib ki, mikro sahibkarlıqdan kiçik sahibkarlığa keçəndə vergi yükü kifayət qədər artır. Bu da sahibkarların vergin yükündən gizlənmək məqsədilə müəyyən sxemlərdən istifadə etməsinə gətirib çıxarır. 
Lakin dəyişikliyə əsasən, kiçik dövriyyəli mikrosahibkarlıq subyektlərinin 5%-lik güzəştli gəlir vergisindən 20%-lik gəlir vergisinə keçirilməsi də gözlənilir. 
Məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışdığımız Dövlət Vergi Xidmətindən bildirildi ki, yalnız dəyişiklik Milli Məclisdə müzakirə olunub təklif qəbul edildikdən sonra bu mövzuda açıqlama verə bilərlər.
İqtisadçı ekspert Razi Abasbəyli qeyd edir ki, Vergi Məcəlləsinə dəyişikliyin vergidən yayınma hallarının qarşısının alınması məqsədilə təklif olunduğu bildirilsə də, bu dəyişiklik mikrosahibkarlıq subyektləri üçün problem yaradacaq.
İqtisadçı ekspert Eldəniz Əmirovun fikrincə isə nəzərdə tutulan dəyişiklik vergi daxilolmalarında azalmanı kompensasiya etmək məqsədi daşıyır. Ancaq ekspert hesab edir ki, vergi daxilolmalarını artırmaq məqsədilə mikrosahibkarlar üzərində belə bir dəyişikliyin tətbiqi doğru deyil, bununla bağlı daha çox iri sahibkarlar üzərində fokslanılmalıdır.
Ekspert bildirir ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklik qiymət artımına səbəb olmaqla yanaşı, həm də xidmət sektorunda yeni subyektlərin yaranmasına əngəl törədəcək.
Qeyd edək ki, 2 il əvvəl kiçik dövriyyəli mikrosahibkarlıq subyektləri 2%-lik, Bakıda 4%-lik sadələşdirilmiş vergidən azad edilib, 5%-lik güzəştli gəlir vergisinə keçirilmişdi.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanğınla bağlı bu küçə bağlandı - DİQQƏT!
Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi