Tez-tez yol qəzası baş verən ərazilər nəzatərə götürüləcək.
Oxu24.com xəbər verir ki, ARB TV-nin “Günə Doğru” proqramında məsələ ilə bağlı süjet hazırlanıb.
Yol qəzaların sayında eləcə də, təlafat hallarının sayında ümumi azalma müşahidə olunsa da, bu hadisələrin əksəriyyəti eyni ərazilərdə baş verir. Yol polisinin həmin küçə və prospektləri artıq müəyyən edib. Başvermə yerinə görə hadisələr ən çox Ziya Bünyadov, Heydər Əliyev, Azadlıq, Qara Qarayev, Neftçilər, Nobel prospektlərində, eləcə də, Şəhər şosesi, Bakı-Mərdəkan şosesi, Mərdəkan-Buzovna yolu, Bakı Dairəvi və Salyan yollarında, və ölkə əhəmiyyətli magistrallarda qeydə alınır.Məhz bu amilə görə, Azərbaycanda yolların ən çox yol nəqliyyat hadisələrini baş verdiyi yerlər nəzarətə götürüləcək.
Oxu24.com
ŞƏRHLƏR