Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97530
az

Bu şəxsləri cərimə və həbs cəzası gözləyir - XƏBƏRDARLIQ

11:4308 Noyabr, 2023
244
REDAKTORUN SEÇİMİ
  • A

Azərbaycanda gizli kameraların satışını, istifadəsini təşkil edən şəxsləri cərimə cəzası ilə yanaşı həbs cəzası da gözləyir

Gizli kameraların Azərbaycanda alışı, satışı və istifadəsi qanunla qadağan olsa da, buna məhəl qoymayanlar var. Belə ki, sosial şəbəkələrdə gizli kameralar açıq şəkildə satılır. Onlayn satışda istənilən əşyaya gizli kamera yerləşdirərək satışının həyata keçirildiyini deyirlər.

Gizli kamera hiss etdirmədən görüntüləri çəkib, səsləri yaddaşda saxlayan cihazdır. Texnologiyanın inkişafı ilə birlikdə kameralar o qədər çox kiçildi ki, artıq onların düyü boyda olanı da hazırlanır. Kameraların ölçüsü kiçildikdə onlardan ən müxtəlif məqsədlər üçün istifadə edilməsi də genişlənib. Artıq gizli kameraların hansı modeldə düzəldilməsi və ya haraya yerləşdirilməsi fantaziya məhsuludur. Səs və görüntüləri yaddaşda saxlayan bu kameraları ağla gələn hər yerdə quraşdırmaq mümkündür. Qol saatlarında, qələmlərdə, düymələrdə, divar şəkillərinin üzərində kameralar yerləşdirmək olur. Mini kameralar da daxil olmaqla, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr Azərbaycan Respublikasının ərazisində mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib. Bununla bağlı Azərbaycan Respublikasının “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Qanun mövcuddur. Bu isə həmin vasitələrin, qanunun adından da göründüyü kimi, əməliyyat-axtarış orqanlarının əməkdaşları kimi şəxslərə icazə verilməsi deməkdir. Əks halda, sözügedən əşyalardan qanunsuz olaraq istifadə edilməsi və satışı inzibati və cinayət məsuliyyəti yaradır.

Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün ərizəçi müvafiq sənədlərlə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi mərkəzi icra hakimiyyəti orqanlarına müraciət etməlidir. Dünyada bir çox hallarda insanların məxfiliyi gizli kameralar vasitəsilə pozulur.

Bəs olduğumuz mühitdə gizli kameraların olduğunu necə müəyyən etmək olar? Bəzən vəzifəli və ya imkanlı şəxslər, elə sadə vətəndaşlar da şantaj obyektlərinə çevrilə bilir. Gizli görüntülərin öz ovçuları var. Təhlükəsizliyin təmin edilməsi, bizi izləyən gizli bir gözün olmadığını necə bilmək olar?

Mütəxəssislər deyir ki, olduğunuz yerdə gizli kameraların olub-olmamasını müəyyənləşdirmək üçün ilk olaraq ətrafa diqqət yetirmək lazımdır. Əgər kameranı məqsədyönlü şəkildə gizlədiblərsə, o, diqqəti yayındırmaq üçün digər əşyaların yanında olacaq. Kondisionerdən tutmuş tüstü ötürücülərinə, otaqdakı şəkillərə, yumşaq oyuncaqlara, saatlara, televizora diqqət yetirmək lazımdır. Həmçinin müasir texnologiyalara diqqət etmək lazımdır. Otaqda internetə qoşulmuş bütün cihazları göstərən proqramlar var. Bu proqramlar leqal və azad satışdadır. Adətən gizli kameralar yerli şəbəkəyə qoşulur, buna görə həmin proqramlarla gizli kameranın qoşulub-qoşulmadığını da görmək mümkündür. Elektromaqnit şüalanması olan peşəkar detektorlardan da istifadə etməklə gizli kameraların gözündən özünüzü qoruya bilərsiniz. Bu cihazlar gizli kameraların yaydığı şüaları axtarıb tapmaq özəlliyinə malikdir.

Bundan başqa, smartfonunuzdan istifadə edə bilərsiniz. Aldığınız və ya kirayə götürdüyünüz hotel otağı, mənzilin təhlükəsiz olduğuna əmin olmaq üçün smartfonunuzun kamerasını açıb gecə gizli kameranın olduğunu zənn etdiyiniz cihazların, divardakı saatın, fotoların və s. üzərinə tuşlayın. Gizli kameralar gecəgörmə qabiliyyətinə malik olduğundan infraqırmızı işıq saçır. Adi gözlə görünməsə də, kamera həmin infraqırmızı işığı dərhal aşkar edir. Nəzərə almaq vacibdir ki, bəzi telefonlarda yalnız ön kamera infraqırmızı işığı görə bilir. Smartfonun infraqırmızı işığı görə bilməsini yoxlamaq üçün otaqdakı işığı söndürmək, televizorun pultunu telefonun kamerasına yaxınlaşdırmaq və sonra pultun istənilən düyməsini sıxmağınız lazımdır. Əgər cihaz infraqırmızı işığı görürsə, pultun ön hissəsində qırmızı və ya bənövşəyi işığın yanıb-söndüyünü görəcəksiniz. Smartfonunuzun infraqırmızı işığı gördüyünə əmin olduqdan sonra etməli olduğunuz tək şey otağı mümkün qədər qaranlıq etmək və sonra onun kamerası vasitəsilə hər yeri skan etməkdir. Əgər evdə aktiv kamera varsa, smartfonunuz onu aşkar edəcək. Evinizdə aktiv kameranın olub-olmaması ilə maraqlanırsınızsa, infraqırmızı işıq isə işləmirsə, onda lokal şəbəkəyə qoşulan cihazları yoxlaya bilərsiniz. Hansı cihazların lokal şəbəkəyə qoşulduğunu müəyyən edə bilən bir sıra proqramlar var. Onlardan biri “Fing” adlanır (həm Android, həm də iOS üçün mövcuddur). Əlbəttə ki, bu üsulların heç biri 100 faiz etibarlı deyil. Əgər təhlükəsizliyinizlə bağlı ciddi narahatlıqlarınız varsa, gizli mikrofon və ya kameradan gələn siqnalları qəbul edən radiotezlik detektoru əldə edə bilərsiniz. “Bond Rees” şirkətinin şəxsi müstəntiqi və təhlükəsizlik üzrə eksperti Aaron Bond hotel otaqlarında gizli kameraların əsasən kondisionerlər, rozetkalar, qapı tutacaqları, yumşaq oyuncaqlar, saatlar, kitablar, rəsmlər və otaq bitkiləri arasında gizlədildiyini açıqlayıb. Detektiv “casus cihazı”nı tapmağın ən sürətli yolunun telefonlardakı kamera olduğunu bildirib. Çünki bəzi smartfonlarda kameralar infraqırmızı şüalanmanı aşkar edə bilir. Bu da gizli işləyən cihazları tapmağa kömək edir. Bond onu da əlavə edib ki, otaqda gizli kameraları axtaran qonaqlar “cinayətkar”lar kimi düşünməlidirlər. Əgər onlar belə qurğular aşkar edərlərsə, dərhal hotel işçilərinə və ya sifariş platformasına məlumat verməlidirlər.

Azərbaycanda gizli kameraların satışını, istifadəsini təşkil edən şəxsləri cərimə cəzası ilə yanaşı həbs cəzası da gözləyir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etməyə görə - gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr müsadirə edilməklə, 200 yüz manatdan 400 yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub. Cinayət Məcəlləsinin 302.3-cü maddəsinə əsasən isə həmin texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etmə 2 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.

Gizli kameralar mülki dövriyyəsi qadağan olunmuş və mülki dövriyyədən çıxarılmış əşyalar siyahısına aiddir. Buna görə də gizli kameraların satışı, gəzdirilməsi, digər şəxsə verilməsi, satılması, bağışlanması cinayət məsuliyyəti yaradır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Azərbaycan Beynəlxalq Bankı" 272 min manat cərimələnib
Azərbaycana ən çox bu ölkələrdən turist gəlib- Siyahı
Polis qadınları oteldə tutdu - DETALLAR

Kardaşyan 30 min dollara robot aldı

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Polis 1 gündə 69 kq-dan çox narkotik  aşkarladı