Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97498
az

Qəzza zolağından rusların təxliyəsi tam hazırdır

19:4507 Noyabr, 2023
103
DÜNYA
  • A

Qəzza zolağından Rusiya vətəndaşlarının təxliyyəsi tam hazırdır, lakin İsraildən hələlik razılıq yoxdur.

 

Oxu24.com xəbər verir  ki,bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.

 

“Rusların, həmvətənlərin və MDB vətəndaşlarının Qəzzadan təxliyəsi üçün hər şey hazırdır. Təəssüf ki, Rəfah keçid məntəqəsindən gedənlərin siyahılarını koordinasiya edən İsrail tərəfi ilə heç bir razılaşma yoxdur. Rusiya səfirliyi dəfələrlə bu məsələni qaldırıb və bunun müsbət həll olunacağına dair təminat alıb”.

 

Noyabrın 3-də Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib ki, İsrail hakimiyyəti tezliklə Rusiya vətəndaşlarına Qəzza zolağından çıxmaq üçün icazə verməlidir.

 

Diplomat aydınlıq gətirib ki, Fələstin anklavının Misirlə sərhədindəki Rəfah keçid məntəqəsi insanların təxliyəsi üçün fəaliyyət göstərəcək.

Daha sonra Rusiyanın Fələstin Milli Administrasiyasındakı missiyasının mətbuat katibi Aliyə Zaripova təsdiqləyib ki, Rusiya tərəfi Qəzza zolağından təxliyə ediləcəyi təqdirdə vətəndaşları toplaşma yeri barədə məlumatlandırıb. Onun sözlərinə görə, insanlar Rəfah keçid məntəqəsində xüsusi ayrılmış əraziyə gəlməlidirlər.

Politoloq daha əvvəl Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin səbəblərindən birinin adını çəkmişdi.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı