Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97482
az

Çin strateji malların ticarəti üçün yeni qaydalar tətbiq edib

16:1207 Noyabr, 2023
180
DÜNYA
  • A

Çin hakimiyyət orqanları neft, dəmir filizi, mis konsentratı, kalium gübrələri və nadir torpaq elementlərinin ixracı üzərində gücləndirilmiş statistik nəzarət tətbiq edib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

Yeni qaydalara əsasən, bu mallarla beynəlxalq ticarətlə məşğul olan şirkətlər ixrac və idxal əməliyyatları haqqında məlumatları dövlət reyestrinə təqdim etməlidirlər.

Qərar oktyabrın 31-də qüvvəyə minib və iki il müddətində qüvvədə olacaq. Əvvəllər analoji prosedur 14 növ digər məhsula: soya, kolza, soya və kolza yağı, soya unu, süd, zərdab, donuz əti, mal əti, quzu əti və əlaqədar məhsullara, həmçinin qarğıdalı posası və qismən şəkərə də şamil edilirdi. Qeyd olunur ki, sadalanan 14 adda mallar üzrə respublika ərazisinə girişin monitorinqinin əvvəlki qaydaları saxlanılıb.

Noyabrın əvvəlində Çin ABŞ-ın sanksiyalarına cavab olaraq tədbir görəcəyini vəd etmişdi.

Bundan əvvəl Almaniya media holdinqinin rəhbəri Çin və Rusiyanı tariflərlə cəzalandırmağa çağırıb.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən bahalı metalı açıqlandı
ABŞ Trampın Qrenlandiyanı “ilhaq etmək” ideyasını yüksək qiymətləndirdi
Mask açıq şəkildə Trampın müttəfiqinə qarşı çıxış edib

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...