Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97477
az

Küçədən parçalanmış qadın meyiti tapıldı (18+ görüntülər)

14:5207 Noyabr, 2023
1237
18+
  • A

Rusiyanın  Orsk vilayətində  bir kişi qadını  döyərək öldürüb, onu parçalara ayırıb və bədəninin parçalarını ətrafa səpələyib.

 

Oxu24.com xəbər  verir  ki,hadisə barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.


Departamentin bildirdiyinə görə, noyabrın 1-də səhər saatlarında Orsk şəhərinin bir hissəsində qadın meyitinin parçaları tapılıb. Qadının kimliyini öyrənmək mümkün olub, onun 38 yaşlı yerli sakin olduğu məlum olub.

 

Onun məşuqu, əvvəllər xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunmuş 41 yaşlı yerli sakin cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb.

Müstəntiqlərin məlumatına görə, oktyabrın sonunda sərxoş kişi Orsk şəhərinin Şalin küçəsindəki mənzildə olarkən birgə yaşadığı şəxslə mübahisə zamanı onun başına ən azı 4 zərbə vurub və nəticədə qadın ölüb.

Sonra kişi cinayəti gizlətmək istəyib. Qadının cəsədini bıçaqla hissələrə ayırıb.Daha sonra izi itirmək üçün hissələri küçədə,müxtəlif hissələrə atıb.

Artıq həmin şəxsə qarşı ittiham irəli sürülüb və o, günahını etiraf edib. Təqsirləndirilən şəxs artıq nəzarətə götürülüb, hadisənin təfərrüatları dəqiqləşdirilir.

 

 

 

Müəllif:Nigar

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
Küçədə qızı belə öldürdü (18+VİDEO)
Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)