Uzun illərdir Ukraynada yaşayan azərbaycanlı rəssam, diaspor fəalı Əsgər Cavadov vəfat edib.
Bu barədə açıqlama verən mərhumun qohumu Şükür Şıxəliyev bildirib ki, dəfn mərasimi bu gün saat 14:00-da Xırdalan qəbiristanlığında baş tutacaq.
Məlumata görə, 1962-ci il təvəllüdlü Əsgər Cavadov ağciyər xərçəngindən əziyyət çəkirmiş.
"Sentyabrın 12-də Xorvatiyaya sərgiyə getmişdi. Sentyabrın 20-si oradan Azərbaycana qayıtdı. İki ay idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi", - mərhumun yaxını qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR