ABŞ Rusiya və Liviya arasında hərbi ittifaqdan qorxur,
Oxu24.com xəbər verir ki, Bloomberg yazır.
Agentlik bildirir ki, ölkələr Aralıq dənizi sahillərində Rusiya hərbi-dəniz bazasının yaradılmasına gətirib çıxara biləcək müdafiə sazişi bağlamaq niyyətindədirlər.
Materialda deyilir ki, hərbi infrastruktur Moskvaya Avropanın “cənub astanasında” möhkəmlənməyə kömək edəcək və ABŞ və onun avropalı müttəfiqlərinə “yeni çağırış” qoyacaq.
ABŞ-ın Liviya üzrə keçmiş xüsusi nümayəndəsinin sözlərinə görə, bu təhlükə ABŞ administrasiyası tərəfindən “çox ciddi” qəbul edilir.
Məqalədə deyilir: “Əgər Rusiyanın orada limanları varsa, ona bütün Avropa İttifaqına casusluq etmək imkanı verəcək”.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR