Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97380
az

Cinayət törətməkdən könüllü imtina etmək nədir? - HÜQUQİ YARDIM 

21:5903 Noyabr, 2023
723
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu  Cinayət törətməkdən könüllü imtina etməklə bağlıdır.

 

Bu barədə Cinayət Məcəlləsinin 30-cu maddəsində  bəhs olunur.

 

Həmin maddədə qeyd edilir ki,Cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır.

Cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur.

Cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs yalnız o halda cinayət məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun.

Cinayətin təşkilatçısı və cinayətə təhrikçi müvafiq dövlət hakimiyyəti orqanlarına vaxtında məlumat verməklə və ya digər tədbirlər görməklə icraçı tərəfindən cinayətin başa çatdırılmasını aradan qaldırdıqları halda, cinayət məsuliyyətinə cəlb olunmurlar. Köməkçi, bilavasitə cinayət törətməyə yönəlmiş əməllər başlananadək icraçıya qabaqcadan vəd olunmuş köməkdən imtina etmişdirsə və ya artıq göstərilmiş köməyin nəticələrini aradan qaldırmışdırsa, cinayət məsuliyyətinə cəlb olunmur.

 

Təşkilatçı və ya təhrikçi bu Məcəllənin 30.4-cü maddəsi ilə nəzərdə tutulan hərəkətləri ilə icraçı tərəfindən cinayətin törədilməsinin qarşısını ala bilmədikdə, məhkəmə cəza təyin edərkən onların hərəkətlərini yüngülləşdirici hal hesab edə bilər.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşçi hansı hallarda Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarıla bilər?
İşdən çıxarılan şəxsənə qədər təzminat ödənilməlidir?
Türkiyə nümayəndə heyəti Baş Prokurorluqda olub

Yuxuda dırnaq görmək buna işarə imiş - YUXU YOZMALARI

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Xaçmazda iki nəfərdən 10 kq narkotik götürüldü