Almaniya Ukraynaya daha 25 Leopard 1A5 tankı tədarük edib.
Oxu24.com xəbər verir ki,bu barədə RİA Novosti yazır.
Bundestaqın məlumatına görə, Almaniya Ukraynaya tanklardan əlavə 5 yerüstü pilotsuz uçuş aparatı, hava müşahidə radarları və digər hərbi yardımlar ötürüb.
Hökumət qeyd edib ki, 25 Leopard 1A5 döyüş tankının tədarükü Danimarka ilə birgə maliyyələşdirilir. Ümumilikdə Almaniya artıq Kiyevə 115 Leopard 1A5 tankı və 20 yerüstü pilotsuz uçan aparat tədarük edib.
Bundan əlavə, bir neçə Primoco ONE kəşfiyyat təyyarəsi, iki TRML-4D hava müşahidə radarı, 12 zirehli transportyor, 30 min dəst qış geyimi və digər yardımlar Ukraynaya ötürülüb.
Rusiya Silahlı Qüvvələrinin 1430-cu alayının “Yakut” çağırış nişanlı PUA qrupunun komandiri bildirib ki, Ukrayna Silahlı Qüvvələri (AFU) Rusiya ordusunun mövqelərinə hücumlar həyata keçirərkən “Leopard” tanklarından daha tez-tez istifadə etməyə başlayıb.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR