Antalyada Qazaxıstan əsilli 33 yaşlı sevgilisi Nailia Nutfullinanı döyərək öldürdüyü üçün həbs olunan Altay Aksoy hakim qarşısına çıxarılıb.
Oxu2.com xəbər verir ki, Aksoyun ifadəsi hər kəsi məəttəl qoyub.
Təqsirləndirilən şəxs "Mənə "Səndən əlavə başqa kişilərlə də əlaqədə oluram. Səndən istifadə etdim, indi də zibil kimi atıram" dedi. Ardınca "Dostum var. Həyatımdan çıxmasan səni öldürdürəcəm" söylədi. İçikinin təsirindən nə etdiyimi bilmədim, heç nə xatırlamıram. Öldürmək niyyətim olmayıb" ifadəsini verib.
Qeyd edək ki, qətl olayı 19 oktyabr 2018-ci ildə Antalyadakı 5 ulduzlu oteldə qeydə alınıb. Altay Aksoy Nailia ilə rus tanışlıq portalında tanış olubmuş.
Nailia Nutfullinanı çox sevdiyini və evlənmək istədiyini deyən Aksoy "Mən həyatımı ona həsr etdim. Arvadımdan ona görə ayrıldım. Onu çox sevirdim. O da mənə "Sən məni doyurmursan. Səndən başqa kişilərlə də yatıram" dedi. Ondan o cümlələri gözləmirdim" sözlərini işlədib.
Oxu24.com
ŞƏRHLƏR