Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97288
az

Dağıstanda milliyyətindən asılı olmayaraq qonaqları qəbul etdiklərini bildirdilər

19:1901 Noyabr, 2023
216
  • A

Son hadisələrdən sonra Dağıstandakı otellər milliyyətindən və dinindən asılı olmayaraq turistləri qəbul edir.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə Dağıstan Respublika Turizm Nazirliyi açıqlama yayıb.

 

“Dağıstanda baş verən son hadisələr respublikanın mehmanxana sənayesinin işinə təsir etməyib. Otellər adi qaydada fəaliyyət göstərir və milliyyətindən və dinindən asılı olmayaraq qonaqları və turistləri qarşılayır”, - deyə məlumatda qeyd olunub.

 

Nazirlik həmçinin qeyd edib ki, milli mənsubiyyətə görə otaqların bron edilməsindən imtina ilə bağlı “müxtəlif məlumat sızması” təxribatdır və Dağıstanda sabitliyi pozmaq istəyidir.

 

Oktyabrın 29-da yəhudilərin oradan çıxarılmasını tələb edərək “Flamingo” otelinin yaxınlığında toplaşan Xasavyurt şəhərinin sakinləri pəncərələri daşla sındırıblar. Bu barədə Qazeta.Ru-ya hadisənin şahidi məlumat verib. Onun sözlərinə görə, toplaşanlar arasında aqressiv sakinlər də olub.

Oktyabrın 28-də Xasavyurt şəhərində İsrail qaçqınlarının məskunlaşdığı xəbərinə görə onlarla insan Flamingo otelinə gəlib. Sakinlər yəhudilərin oradan çıxarılmasını tələb ediblər. Telegram kanallarında oteldə qaçqınların məskunlaşdığı barədə yazılan mesajların saxta olduğu üzə çıxıb. Hadisə yerinə gələn polis etirazçılara oteldə heç bir israillinin olmadığını izah edib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət Baxçalının ürək qapağı dəyişdirildi
Ukrayna Hollandiyadan F-16 qırıcıları alıb
Culanini Fransaya dəvət etdi

Arılar niyə sancdıqdan sonra ölür?

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Bakıda 9 avtomobildən və 7 evdən oğurluq    edənlər      tutuldu