Qəzza zolağında Cəbəliyə qaçqın düşərgəsinə edilən hücum vəhşilikdir.
Oxu24.com xəbər verir ki, bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits deyib.
"Bu, döyüşlərin getdikcə daha dəhşətli humanitar nəticələri ilə daha dəhşətli mərhələyə qədəm qoyduğu Qəzza xalqının başına gələn ən son vəhşilikdir",- deyə Qriffits fikrini yekunlaşdırıb.
Baş katibin müavini İsrailə iki günlük səfərə gəlib və işğal olunmuş Fələstin ərazilərinə baş çəkib.
Oktyabrın 31-də qurudan hücumdan əvvəl İsrail Ordusu (İDF) Qəzza zolağında əhalinin ən sıx məskunlaşdığı ərazilərdən biri olan Cebaliya qaçqın düşərgəsinə zərbələr endirib.
WAFA bildirib ki, İDF qaçqın düşərgəsinə yenidən hücum edib. Müxbirin verdiyi məlumata görə, hərbçilər düşərgəyə doğru ondan çox raket atıblar.
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell də İsrailin düşərgəyə endirdiyi zərbəni tənqid edib. O, “Aİ Şurasının İsrailin beynəlxalq və humanitar hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququna malik olması ilə bağlı aydın mövqeyinə” istinad edib, lakin Qəzzanın şimalındakı qaçqın düşərgəsinin bombalanmasından narazılığını bildirib.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR