Tatarıstanda Çistopol yeparxiyasının ruhanisi Mixail Zubarev həyat yoldaşını öldürüb.
Oxu24.com Rusiya mediasına istinadən xəbər verir ki, faciə oktyabrın 31-də baş verib.
"2023-cü il oktyabrın 17-də intizam pozuntularının nəticəsində keşiş Mixail Zubarev nazirlikdən kənarlaşdırıldı",-deyə Çistopol yeparxiyasının mətbuat xidmətinin yaydığı bəyanatda qeyd edilib.
Onu da qeyd ediblər ki, o, başqa rayonda psixiatriya klinikasında qeydiyyatda olduğunu digər din xadimlərindən gizlədib.
Davranışındakı qəribəliklərə baxmayaraq, onun yeparxiya və ya ailə üzvləri üçün potensial təhlükəli ola biləcəyinə dair nəticə çıxarmaq mümkün deyildi.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR