Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97265
az

Aİ Moldovada 6 telekanala qoyulan qadağaya cavab verib

15:4501 Noyabr, 2023
108
DÜNYA
  • A

Kişinyovdakı Avropa nümayəndə heyətinin rəhbəri Janis Majeix bildirib ki, missiya Moldova ərazisində altı telekanalın yayımının qadağan edilməsi barədə qərarın hansı əsasla qəbul edildiyini anlamaq üçün konteksti təhlil edir.

 

Oxu24.com xəbər verir  ki,Bu barədə NewsMaker məlumat yayıb.

 

“Birincisi, ən əsası, demokratiyanın mühüm elementi medianın sərbəst fəaliyyət göstərməsidir. Eyni zamanda, onların fəaliyyətinə demokratik cəmiyyətdə zəruri olan müəyyən məhdudiyyətlər də qoyula bilər”, - Mazeix bildirib.

O vurğulayıb ki, Aİ-nin Kişinyovdakı missiyası hazırda “qərarın necə qəbul edildiyini və Televiziya və Radio Şurasına hansı rolun verildiyini anlamaq üçün” baş verənlərin kontekstini təhlil edir.

Bundan əvvəl Moldovanın baş naziri Dorin Reçean Fövqəladə Hallar Komissiyasının altı telekanalın lisenziyasını dayandırdığını açıqlamışdı.

Söhbət “Orizont-TV”, ICTV, “Prime-TV”, “Publica-TV”, “Kanal-2”, “Kanal-3”dən gedir.

Baş nazirin sözlərinə görə, qərar Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Mustiatsın tövsiyəsi əsasında qəbul edilib. Onun sözlərinə görə, bu telekanallar yayım qanunlarını pozur, ölkənin informasiya təhlükəsizliyini təhdid edir, həmçinin Ukrayna, NATO və Aİ qonşuluğunda qeyri-sabitliyin əlavə mənbəyinə çevrilib.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Medvedev Cənubi Koreya prezidentinin istefasını tələb etdi
Paşinyan onu     partiyasından     qovdu
Bəşəriyyəti gözləyən BÖYÜK TƏHLÜKƏ -Mask həyəcan təbili çaldı

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Bakıda 6 nəfərin 33 min manatı ələ keçirilib