Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin Belqorod vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatını vurduğunu bildirib.
Oxu24.com xəbər verir ki,“Oktyabrın 31-də Moskva vaxtı ilə saat 13:00 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə növbəti terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - deyə idarənin bəyanatında bildirilir. .
Bundan əvvəl Rusiya hava hücumundan müdafiə sistemi oktyabrın 23-də Belqorod vilayəti üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv edib.
Oktyabrın 18-də Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin bir gecədə Qara dəniz, Kursk və Belqorod vilayətləri üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 28 pilotsuz uçuş aparatını vurduğunu bildirib.
Oktyabrın 16-da Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, bir gündə regionun səmasında dörd pilotsuz uçan aparat vurulub, onlardan 11 partlayıcı qurğu atılıb. Qladkovun sözlərinə görə, itki olmasa da, müxtəlif obyektlərə ziyan dəyib. Razumnoye kəndində fraqmentlər evin eyvanının şüşələrinə, Krasnoyaruzskidə isə elektrik xəttinə ziyan vurub.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR