Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97193
az

Xalq artistinin meyiti tapıldı

19:0630 Oktyabr, 2023
723
SON DƏQİQƏ
  • A

Rusiyanın xalq artisti, Moskva Konservatoriyasının keçmiş rektoru, pianoçu Tiqran Əlixanov Moskvada Kosmodamianskaya sahilindəki mənzildə ölü tapılıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə  REN TV məlumat yayıb.

 

“Oktyabrın 29-da Əlixanovun meyiti mənzildə qızı Mariya tərəfindən aşkar edilib”, - deyə sayt  bildirib.

Tiqran Əlixanovun 80 yaşı var idi. Ölümün dəqiq səbəbi müəyyənləşdirilir. Pianoçunun bədənində zorakılıq əlamətləri aşkar edilməyib.

Əlixanov 1943-cü il yanvarın 22-də Moskvada anadan olub. 1966-cı ildə Moskva Konservatoriyasını bitirmiş, təhsilini başa vurduqdan bir il sonra Parisdə M.Lonq və J.Tibo adına Beynəlxalq müsabiqənin laureatı olmuşdur. Əlixanov “Moskoncert”in solisti kimi çıxış edib, SSRİ Bəstəkarlar İttifaqının Sovet Musiqisinin Təbliğat Bürosunda işləyib. 1995-ci ildə Moskva Dövlət Akademik Filarmoniyasının solisti olub.

Əlixanov Moskva Konservatoriyasının professoru olub və 40 ildən çox onun Musiqi Məktəbində dərs deyib. 2005-2009-cu illərdə Əlixanov Moskva Konservatoriyasının rektoru olub.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda güclü yanğın başladı
TƏCİLİ! Bu ölkədə baş nazir güllələnib
Rusiyanın bu şəhərində atışma baş verib - VİDEO

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi