Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97186
az

HƏMAS-ın qaçırdığı 22 yaşlı alman qızın cəsədi tapılıb

16:1930 Oktyabr, 2023
276
DÜNYA
  • A

İsrail XİN HƏMAS-ın oktyabrın 7-si ölkəyə hücumu zamanı qruplaşma üzvləri tərəfindən qaçırılan 22 yaşlı alman Shani Loukun həlak olduğunu açıqlayıb. 

Bu barədə məlumatı İsrail XİN “X” hesabında paylaşıb. 

“Təəssüf hissi ilə bildiririk ki, Almaniya və İsrail vətəndaşlığı olan Shani Loukun cəsədi tapılıb və şəxsiyyəti müəyyən edilib. Shani musiqi festivalından qaçırılıb, işgəncələrə məruz qalıb və ağlasığmaz dəhşətlər yaşayıb”, - deyə məlumatda qeyd olunub. 

Xatırladaq ki, HƏMAS-ın hücumundan sonra sosial şəbəkələrdə Shani Loukun qruplaşmaya aid bir avtomobilin arxasında olduğunu əks etdirən görüntülər yayılıb. Sözügedən görüntülərdə qadının üzü görünməsə də, ailəsi onu ayağındakı döymələrdən tanıyıb. Daha sonradan Shaninin anası videomüraciət yayaraq qızının tapılması üçün yardım istəyib. Bir müddət sonra isə yayılan məlumatda gənc qızın HƏMAS-a aid xəstəxanada olduğu iddia edilirdi.

 

 
 

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR
Çində məktəbdə bıçaqlı hücum -8 ölü, 17 yaralı / VİDEO
Valideynlərini qətlə yetirən Menendez qardaşları bəraət qazana bilər?

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb