Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97184
az

Azərbaycanda ətin ucuzlaşacağı zaman AÇIQLANDI

15:3430 Oktyabr, 2023
201
CƏMİYYƏT
  • A

2023-cü il oktyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda iribuynuzlu və xirdabuynuzlu heyvanların sayı azalıb.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib. Qeyd olunur ki, iribuynuzlu heyvanların sayı 2 mln. 533.1 min baş olub. Ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3% və ya 113.4 min baş azalıb. 7 mln. 223.2 min baş təşkil edən xırdabuynuzlu heyvanların sayı isə 8.9% və ya 705.1 min baş azalıb.

İribuynuzlu heyvanların sayı ən çox Sabirabad (125 255 baş), Bərdə ( 101 812 baş) və Cəlilabad (91 057 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Beyləqan ( 301 583 baş), Şəmkir ( 273 898 baş), Ağcabədi ( 233 964 baş) rayonlarındadır. Xatırladaq ki, cari ildə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalaraq son 10 ilin ən aşağı həddinə düşüb.

Ölkəmizdə ətin qiymətində bahalaşma da müşahidə olunur.

Məlumata görə, məsələni Cebhe.info-ya şərh edən Liberal İqtisadiyyatçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, mal-qaraların sayının azalmasına səbəb heyvandarlığa olan marağın azalmasıdır:

“Məsələn, bitkiçilik, taxılçılıq kimi sahələrdə fermerlərə az-çox subsidiya verilir. Hələ həmin vəsaitin azlığından, hesabatlılığın olmamasından söz açmıram. Hər halda müəyyən qədər bu sahəyə vəsaitin verilməsini əsas götürürəm. Çünki heyvandarlıq sahəsində heç o da yoxdur. Yalnız özünüməşğulluq proqramı çərçivəsində müəyyən rayonlarda heyvandarlıqla məşğul olan fermerlərin sayı bir qədər artırılıb. Amma orada da korrupsiya məsələnin səmərəliliyini sıfıra endirir.

Yəni ət idxalının son illər artması ölkə daxilində heyvandarlığın zəifləməsiylə bağlıdır. Doğrudur, ölkə mətbuatında, televiziyalarda qeyri-neft sektorunun inkişafından kifayət qədər danışılır. Amma bu danışığın arxasında əməli iş yoxdur. Təkcə bir məsələni qeyd edim ki, 10 milyon əhalini ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin etməli olan kənd təsərrüfatına bu il büdcədən 997 milyon manat vəsait ayrılıb, gələn il isə bu məbləğ 1,2 milyard manat olacaq. Bu rəqəm kifayət deyil”.

İqtisadçı kənd təsərrüfatını ayağa qaldırmaq üçün bu sahəyə ciddi investisiyanın qoyulmalı olduğunu deyib:

“Kənd təsərrüfatı ölkə daxilində əhalini ərzaq məhsulları ilə təmin etməlidir. Bunun müqabilində isə biz kənd təsərrüfatına investisiya qoymalıyıq, o cümlədən də heyvandarlıq məhsullarına. Bu gün təkcə ətdə deyil, ağartı məhsulları, eləcə də digər heyvandarlıq məhsullarında da qiymət və idxal artımı müşahidə edilir. Qeyri-neft sektorunun inkişaf istiqamətində ən böyük potensiala malik olan sahə kənd təsərrüfatıdır.

Oraya cəmi bir milyard civarında vəsaitin ayrılması düzgün deyil, bu vəsait azı beş-altı dəfə çox olmalıdır, hər il büdcədən beş-altı milyard manat xərclənməlidir. Xərclənmə sahələrində isə şəffaflıq, hesabatlılıq təmin edilməlidir. Elə mexanizm tətbiq edilməlidir ki, həmin vəsait fermerə çatsın. Bunun üçün də makroiqtisadi göstəricilərə nail olmaq gərəkdir”.

Ekspert işğaldan azad olunmuş Qarabağda örüş yerinin çox olmasından da danışıb. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə əkin, eləcə də örüş yerlərinin çox olması fermerlərin və sahibkarların heyvandarlığa marağını artıracaq:

“Bu prosesin nə vaxt başlayacağın dəqiq deyə bilmərəm. Lakın minalanmış sahələrin təmizlənməsindən sonra heyvandarlığın inkişafına marağın artması da müşahidə ediləcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Laçında ayı bir nəfəri yaraladı, hərbçilər köməyə gəldi -FOTO
"Whatsapp"da möhtəşəm YENİLİK
Azərbaycanda tanınmış müğənni vəfat etdi -FOTO

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
“Dəfn pulu”    artırılır