Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97176
az

İsrail hərbçiləri Cenin qaçqın düşərgəsinə girdi

13:5630 Oktyabr, 2023
116
DÜNYA
  • A

İsrail ordusu genişmiqyaslı əməliyyatın keçirildiyini, məqsədin Cenin qaçqın düşərgəsindəki terror infrastrukturunu məhv etmək olduğunu bildirib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə İDF-nin rəsmi Telegram kanalında məlumat verilib.

 

İsrail ordusunun məlumatına görə, Yəhudeya və Samariyada keçirilən genişmiqyaslı əməliyyat nəticəsində axtarışda olan 51 nəfər həbs edilib, onlardan 38-i Fələstinin HƏMAS hərəkatının silahlılarıdır.

Məlumdur ki, hərbi əməliyyatlar başlayandan indiyədək axtarışda olan 1070-ə yaxın şəxs həbs edilib, 700-ə yaxın adam HƏMAS-la əlaqədə olub.

Bundan əvvəl Britaniya HƏMAS-dan Qəzzadakı xəstəxanalardan hərbi infrastrukturun çıxarılmasını tələb etmişdi. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli də İranı Yaxın Şərqdə gərginliyə səbəb ola biləcək hər hansı hərəkətə qarşı xəbərdar edib. Böyük Britaniya Xarici İşlər Nazirliyi anklavda humanitar yardımın mülki şəxslərə çatmasını təmin etmək üçün İsraillə işləyir.

 

Müəllif:Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tatarıstanda Misir piramidalarından daha qədim məzarlıq tapılıb
Obama TikTok-da Harris üçün gənc ABŞ seçicilərini axtarır
Gürcüstan ABŞ-la münasibətlərinə yenidən baxa bilər