Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97164
az

Sutka ərzində 40-dan çox mərmi atıldı

12:5730 Oktyabr, 2023
114
DÜNYA
  • A

Oxu24.com xəbər verir  ki,Regionun qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib ki, son 24 saat ərzində Ukrayna hərbçiləri Belqorod vilayətinə 40-dan çox mərmi atıblar.

Qladkovun sözlərinə görə, son 24 saat ərzində Ukrayna əsgərləri dörd sərhəd bölgəsini atəşə tutub. Həmçinin Şebekinski rayonunda bir pilotsuz təyyarə düşərək partladılıb. Tələfat və dağıntı olmayıb.

"Şçetinovka kəndinə 7, Juravlevka kəndinə 2 artilleriya mərmisi atılıb. Həmçinin Juravlevkada PUA-dan 2 partlayıcı qurğu atılıb", - Qladkov yazıb.

Bundan əlavə, qubernatorun verdiyi məlumata görə, Dolqoye kəndinə 16 minaatan mərmisi və “Qrad” reaktiv yaylım atəşi sistemindən 10 mərmi atılıb. Qladkov əlavə edib ki, Novaya Tavoljanka kəndi ərazisində də tankdan dörd mərmi atılıb, Pankov kəndində isə bir minaatan atışı qeydə alınıb.

Ötən gün Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Rılski rayonunda yerləşən Qorodişçe kəndini atəşə tutub. Yerli sakinlərdən heç kim xəsarət almayıb.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada satanizm qadağan edilə bilər
Bloomberg Kərimovun SpaceX-dəki payı barədə məlumat yayıb
Gürcüstan Ermənistana dəstək çıxdı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb