Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97159
az

Makron: Qəzza xalqını qorumaq üçün humanitar atəşkəs çağırışımı təkrar edirəm

23:4229 Oktyabr, 2023
130
DÜNYA
  • A

Fransa prezidenti Emmanuel Makron, "Qəzza xalqını qorumaq üçün humanitar atəşkəs çağırışımı bir daha təkrar edirəm" deyib.



Oxu24.com xəbər verir  ki,Makron X sosial media platformasında Qəzza üçün Misirə göndərilən yardımla bağlı açıqlama verib.

 

Fransa prezidenti öz paylaşımında “Qəzza xalqını qorumaq üçün humanitar atəşkəs çağırışımı bir daha təkrar edirəm”,-deyə qeyd edib.

Fransadan yola düşən 17 ton humanitar yardım yükünün Misirə çatdığını bildirən Makron hava və dəniz yolu ilə işlərini davam etdirdiklərini qeyd edib.

Makron Fransanın Misir və Qızıl Aypara ilə həmrəy olduğunu vurğulayıb.

İsrailin Qəzzaya hücumları ilə bağlı son vəziyyət

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı hərtərəfli hücuma başlayıb.

İsrail ordusu da Qəzza zolağına intensiv hava zərbələri endirib.

İsrail rəsmiləri Qəzzadan həyata keçirilən hücumlarda 311-i əsgər olmaqla 1400 israillinin həlak olduğunu, 5132 nəfərin isə yaralandığını açıqlayıb.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzaya verdiyi məlumata görə, İsrailin hücumlarında ölənlərin sayı 8 min 5-ə yüksələrək, 3 min 342-si uşaq, 2 min 262-si qadın, 20 min 242 nəfəri isə yaralanıb.

İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 116 fələstinli ölüb, 1900-dən çox fələstinli yaralanıb.

İsrailin bombardmanı zamanı Qəzzada 34, Livanda isə 1 jurnalist həyatını itirib.

İsrailin blokada altındakı Qəzza zolağına intensiv hücumları səbəbindən bölgədə sabit, mobil telefon və internet rabitə xidmətləri dayanıb.

İsrail ordusu oktyabrın 26-da məhdud quru əməliyyatlarını genişləndirməyə başlayıb və hava hücumlarının dozasını daha da artırıb.

 

Müəllif:Nigar

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Parisdə Fransanın müstəmləkəçilik siyasətinə qarşı aksiya keçirilib
Türkiyənin Suriyadakı səfirliyi 12 ildən sonra fəaliyyətini bərpa edib
Macarıstanın Parisdəki səfirliyində terror aktı təhdidi barədə axtarışlara başlanılıb

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu