Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97116
az

Karaqandada şaxtada həlak olanların sayı 33-ə çatdı – Yenilənib

19:3828 Oktyabr, 2023
141
CƏMİYYƏT
  • A

Qazaxıstanın Karaqanda şəhərindəki “Arcelormittal Temirtau” şirkətinə məxsus “Kostenko” mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 33-ə çatıb.

“OXU24.COM ” agentliyi xəbər verir bu barədə Peşəkar Hərbiləşdirilmiş Fövqəladə Xilasetmə Xidmətləri Respublika Mərkəzi Qərargahından məlumat verilib.

“33 nəfərin cəsədi tapılıb, 13 nəfərin cəsədi hələ də tapılmayıb, 6 nəfər xilas edilib. Yanğının mənbəyi lokallaşdırılıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl fövqəladə vəziyyət nəticəsində 32 nəfərin öldüyü bildirilirdi.

 

***16:21

Qazaxıstanın Karaqanda şəhərindəki “Kostenko” mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb, 14 şaxtaçının axtarışları davam edir.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 “Son məlumata görə, 32 nəfərin cəsədi tapılıb, 14 şaxtaçının axtarışları davam edir”, - məlumatda deyilib.

Qeyd edək ki, bundan əvvəl fövqəladə hadisə nəticəsində 28 nəfərin öldüyü bildirilirdi.

 

***13:51

Qazaxıstanın Karaqanda şəhərindəki “Kostenko” mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb, 18 şaxtaçının axtarışları davam edir.

TASS  xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 “Saat 15:00-a (Bakı vaxtı ilə 13:00) olan məlumata görə, 28 nəfərin cəsədi tapılıb, 18 şaxtaçının axtarışları davam edir”, - məlumatda deyilib.

Qeyd edək ki, bundan əvvəl fövqəladə hadisə nəticəsində 22 nəfərin öldüyü bildirilirdi.

 

***13.10

Qazaxıstanın Karaqanda şəhərindəki “Kostenko” mədənində qəza baş verib. Qəza nəticəsində ölənlərin sayı 21-ə çatıb, 23 şaxtaçı yerin altında qalıb.

TASS xəbər verir ki, bu barədə şaxtanın sahibi “Arcelormittal Temirtau” şirkətinin mətbuat xidməti məlumat yayıb.

“252 mədənçidən 208-i səthə çıxarılıb, onlardan 18-i həkimə müraciət edib. 23 şaxtaçı mədəndə qalıb. 21 şaxtaçının cəsədi tapılıb. Axtarış-xilasetmə işləri davam edir", - məlumatda bildirilib.

Qəzadan sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə respublikanın dağ-mədən-metallurgiya sektorunun ən böyük müəssisəsi olan və “Arcelormittal” transmilli metallurgiya qrupuna daxil olan “Arcelormittal Temirtau” şirkəti ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb.

Həmçinin, Qazaxıstan lideri oktyabrın 29-unu Karaqanda şaxtasında baş vermiş qəzanın qurbanlarının xatirəsinə milli matəm - ümumxalq hüzn günü elan edib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəsmi Bakıdan Qərb ölkələri səfirlərinin bəyanatına sərt REAKSİYA
"Qarabağ"ın veteran futbolçusu vəfat etdi
Sərnişinlər "28 May"da qatardan düşürüldü - Metroda nə baş verir? -YENİLƏNDİ

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib