Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97027
az

Paşinyanın Tbilisidə təqdim etdiyi xəritədə Azərbaycan belə göstərildi - FOTO

13:5226 Oktyabr, 2023
116
CƏMİYYƏT
  • A

Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində çıxış edən Ermənistan baş naziri Nikol Paşinyan təqdim etdiyi regional nəqliyyat dəhlizləri xəritəsində Azərbaycanın ərazi bütövlüyünə tam riayət edib.

OXU24.COM  Trend-ə istinadən xəbər verir ki, onun təqdim etdiyi xəritədə Azərbaycan əraziləri tam və keçmiş qondarma quruma məxsus heç bir ad, xəritə və ya toponim istifadə edilmədən göstərilib.

Baş nazir xəritə ilə Ermənistanın şimalından və cənubundan keçən dəmir yolları ilə bağlı məlumat verib.

Xəritədə, həmçinin, Zəngəzur dəhlizi ilə Azərbaycanla dəmir yolu və avtomobil yollarının bərpasının mümkünlüyü və bunun isə Xəzər dənizi ilə Aralıq dənizi arasındakı nəqliyyat əlaqələrini daha da qısaldacağı qeyd edilib.

Məqaləyə dair fotomateriallar:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc
Azərbaycan və Türkiyə ombudsmanları görüşdülər