Sopotda VAZ maşınqayırma zavodunda partlayış baş verib.
Oxu24.com xəbər verir ki, Bolqarıstan Teleqraf Agentliyi Plovdiv vilayəti üzrə Daxili İşlər Nazirliyinə istinadən yazır.
Müəssisə müdafiə şirkətidir.
Partlayışın partlayıcılarla işləyərkən baş verdiyi, nəticədə iki nəfərin yaralandığı, onlardan biri, 33 yaşlı kişinin xəstəxanaya aparılarkən yolda öldüyü dəqiqləşir.
İkincinin həyatı təhlükədə deyil.
Digər işçilər üçün təhlükənin olmadığı və təhlükəsizlik yoxlamasının aparılacağı vurğulanır.
Bolqarıstan Müdafiə Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb və onun səbəblərini müəyyənləşdirir.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR