Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9697
az

“Əlamətlərin üçünün eyni uşaqda olması fəlakətdir” - Professor Zakir Əliyev

20:0806 Fevral, 2019
713
CƏMİYYƏT
  • A
"Valideynlər azyaşlı uşaqlar və körpələrdə heç bir əlaməti nəzərdən qaçırmamalıdır. Çünki bəzən uşağın davranışında adi görünən hansısa dəyişiklik ciddi nevroloji problemlərdən xəbər verə bilər".

Oxu24.com Sputnik Azərbaycan-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının professoru Zakir Əliyev belə deyib. O müasir dövrdə uşaqlar arasında nevroloji patologiyalardan danışıb: "Müasir dövrdə bu patalogiyalar əsasən dörd istiqamətdə müşahidə olunur: əqli inkişafdan geri qalma, yaddaşdan kəmlik, hərəkətin zəifləməsi (iflic, parezlər) və qıcolmalar (epilepsiyalar)".

Mütəxəssisin sözlərinə görə, bu əlamətlərin üçünün eyni uşaqda olması fəlakətdir.

Z.Əliyev bəzən valideynlərin nevroloji problemli uşaqların müalicəsinə ciddi yanaşmaması probleminə də toxunub: "Uşaqlarda qıcolma yaranmadıqda bəzən valideynlər dərmanları yarımçıq saxlayır, müalicəni davam etdirmirlər. Çünki müalicəyə düzgün əməl olunmadıqda, uşaqlarda qıcolma halları aradan qalxdığı halda belə əqli problemlər həllini tapmış olmur".

"Bəzən valideynlər uşağın özünü yerə çırpmasına da adi hal kimi, şıltaqlıq kimi yanaşırlar. Halbuki, bu əlamət də müəyyən problemlərdən xəbər verir", - deyə mütəxəssis əlavə edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko yenidən PREZİDENT SEÇİLDİ
Xaçmazda gənc dostu tərəfindən bıçaqlandı
Əfsanəvi pilotun qəzadan öncəki SƏS YAZISI YAYILDI -İDDİA