Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96964
az

Azərbaycana dağıdıcı zəlzələ GƏLİR? - SEYSMOLOQ XƏBƏRDARLIQ ETDİ!

09:4925 Oktyabr, 2023
158
CƏMİYYƏT
  • A

Azərbaycanda tez-tez yeraltı təkanlar baş verir.


Bu ilin fevralında Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra mövzu aktuallığını qorumaqdadır. Zəlzələnin gücü, hansı dərinlikdə baş verməsi, yeraltı təkanları yaradan səbəblər ən çox müzakirə olunan mövzuya çevrilib.


Maraqlıdır, zəlzələnin eyni ərazidə fərqli dərinliklərdə, yaxud dalbadal eyni dərinlikdə baş verməsinə səbəb nədir? 
 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Cebhe.info-ya danışan seysmoloq Ənvər Əliyev zəlzələlərin baş vermə səbəbinin yerin daxili qatlardakı gedən mürəkkəb proseslərlə əlaqəli olduğunu deyib:


“Zəlzələlər planetin ən böyük qüvvəsinə malik, son dərəcə dağıdıcı prosesdir. Bu prosesin əmələ gəlməsinin əsas səbəblərindən biri yerin daxili qatlarında gedən proseslərin məcmusudur. Yer kürəsinin qabığı 55-60 kilometr dərinliyə qədər yer qabığı adlanan bir təbəqədir. Bundan sonra mantiya adlanan bərk təbəqə gəlir. Növbəti hissə yüksək təzyiq və temperatura malik olan və yerin daxili nüvə hissəsini əhatə eləyən növbəti təbəqədir ki, orada bütün maddələr maye şəklindədir.
 

Bu, 6371 kilometrlik yer qabığının radius üzrə qatlarıdır. Yəni bu qədər kilometr yeri qazsaq bu qatları görə biləcəyik. Yer kürəsi təkcə bu qatlardan ibarət deyil. Burada litosfer təbəqəsi var ki, daim hərəkətli olmağa məhkumdur, buna litosfer tavaları deyirlər. Bunlar sərbəst olaraq yerin daxilində yüksək təzyiqə və temperatura malik olan mayenin üzərində hərəkət edirlər. Bu, alman alimlərinin fikridir, sonuncu nəzəriyyədir. Digər seysmik hadisələr mövcud olan nəzəriyyənin dəqiqliyindən xəbər verir”. 
 

Onun sözlərinə görə, yerin daxili təbəqəsində hərəkətdə olan litosfer tavaları yerin müxtəlif dərinliklərində hərəkət edirlər:
 

“Sakit okenanın şərqində, yəni Şimali və Cənubi Amerikanın qərbində olan böyük litosfer tavası eyni böyüklükdə meredian istiqamətində uzanmış və Cənubi Amerika tavasının altına girir. Bu tavalar bəzən sürüşərək alta keçirlər. Sakit okean tavası Amerika materikinin altına girirsə, materik də onun üzərinə çıxır. Digər tərəfdən, onlar toqquşur və bir-birinə güc gəlirlər. Sakit okean tavası şimaldan cənuba doğru Yaponiya, Rusiya və İndonaziyaya qədər olan ərazilərdə də digər tava ilə alt-alta düşür.
 

Nəticədə hər iki tərəf zəlzələrlə zənginləşir. Çünki nəhəng qüvvələr seysmoloji proseslərin əmələ gəlməsinə səbəb olur. Üçüncü sahə var ki, biz də ora aidik. Bu, Qərbdən cənub-şərq istiqamətində gedən Alp dağlarından başlayaraq İndonaziyaya qədər olan sahəni əhatə edir. Nəticədə 100 milyondan artıq əhalisi olan İndonaziya iki zəlzələ zonasının üstündə yer alır və bu dağ sistemi formalaşmağa başlayır. Alp dağları Avropanın ən nəhəng dağlarıdır, 8 ölkəni əhatə eləyir. Təxminən, 1000 kilometr uzanaraq gəlib birim ərazini Qafqaz dağlarını tutur. Qafqaz dağları da 2000 kilometrdən artıq ərazini əhatə edir.
 

O, Xəzər dənizinin altı ilə Əfqanıstan, Pakistan, Hindistan , Orta Asiya daxil olmaqla İndonaziyaya qədər gedir. Bu ölkələrin çoxu müsəlman və türk ölkələridir. Zəlzələdən də ən çox əziyyət çəkən bu zonada məskunlaşanlardır. Bizdə tarixdə baş vermiş ən nəhəng, yüz minlərlə insanı məhv edən Şamaxı, Gəncə zəlzələsi bu prosesin nəticəsidir. Nə baş verir? Burada Ərəbistan və Afrika litosfer tavaları Avrasiya litosfer tavasının qərb qurtaracağını sıxır. Bunlar hansısa nəhəng bir fantastik qüvvə ilə bir-birinə təzyiqdədirlər. Orada artıq litosfer tavaları üz-üzə toqquşurlar. Həmçinin, sürüşmələr də olur.


Türkiyədə baş verən zəlzələdə sürüşmə oldu. Bəzən bu sürüşmələrdə çox böyük dağıntılar olur. Türkiyənin bu il zəlzələ baş verən ərazisini biz Yaponiya ilə müqayisə edirdik ki, burada güclü zəlzələlər ola bilər. Çünki Ərəbistan yarımadası oranı sıxmaqdadır. Bəzən xırda zəlzələlər olur, alimlərin fikrincə, xırda zəlzələlərin olmasının bir  “üstünlüyü” ondadır ki, yerin içərisində olan yüksək təzyiqi götürür və güclü zəlzələlərə imkan vermir. Yerin altında boşluqlar, mağaralar var”. 


Seysmoloq Azərbaycanda gündə minlərlə yeraltı təkanların qeydə alındığını deyib:


“4 baldan aşağı olan zəlzələlər zəlzələ sayılmır. Azərbaycan ərazisində gündə onlardan minlərlə olur. Bu boşluq müxtəlif dərinlikdə ola bilər, ola bilər boşluq yerin üst qatındadır. Bəzən də litosfer tavaları minlərlə kilometr dərinliyə gedir, dərinə düşəndə tavalar üz-üzə gəlirlər. Zəlzələnin bir var hiposentri, bir də var episentri. Zəlzələnin episentri üzə çıxan nöqtəsidir.
 

Zəlzələlər, əslində dağı, dərəni dağıdıb töksə də insan qırğınına səbəb ola bilmir. Onun insan qırğınına səbəb olması məsuliyyətsiz salınan şəhərlərdir. 30 kilometr dərinlikdə 6 bal gücündə olan zəlzələ eyni gücdə lakin 7 kilometr dərinlikdə olandan qat-qat zəifdir. Yeraltı təkanlar yerə nə qədər yaxın olsa, gücü daha çox hiss olunacaq”. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan tibbində yenilik - xəstə yuxuda ikən...
Azərbaycanda işsizlərə pul ödəniləcək - VİDEO
Sabah bu ərazidə də işıq kəsiləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü