Birləşmiş Ştatlar HƏMAS-a qarşı mübarizədə İsrailə kömək etməyə yönəlib.
Oxu24.com xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
O, Fransa lideri Emmanuel Makronun hərəkata qarşı mübarizə üçün koalisiya yaratmaq təklifini şərh edərkən, “Biz ilk növbədə İsrailə HƏMAS-la mübarizə aparmağa kömək etməyə yönəlmişik”,-deyə o qeyd edib.
Oktyabrın 24-də Fransa prezidenti İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında Fələstinin Həmas hərəkatı ilə mübarizə aparmaq üçün regional və beynəlxalq koalisiyaların yaradılmasını təklif edib.
Həmin gün Kanadanın milli müdafiə naziri Uilyam Bleyr deyib ki, Fələstinin Həmas qruplaşması təkcə İsrail üçün deyil, bütün dünya üçün təhlükə yaradır, ona görə də onu aradan qaldırmaq lazımdır.
Bundan əvvəl Makron İsrail prezidenti İsaak Hersoqla görüşdə Fransanın İsrail əsgərlərinin terror qruplaşmalarına qarşı mübarizəsini dəstəklədiyini, lakin məqsədyönlü əməliyyatların aparılmasını zəruri hesab etdiyini bildirmişdi.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR