Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96922
az

İlham Əliyev Latviya səfirinin etimadnaməsini qəbul edib - FOTO

12:1624 Oktyabr, 2023
111
  • A

Ermənistanın Fransadan silah alacağı rəsmən açıqlandı. 2023-cü ildə Ermənistanın müdafiə xərclərinin 501,3 milyard dram təşkil etməsi proqnoz edilirdi. Hazırkı məzənnə ilə bu, 1,25 milyard dollar deməkdir.

OXU24.COM  "Ölkə.Az"a istinadla xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O, Azərbaycan və Ermənistanın müdafiə xərclərini müqayisə edib.

"Azərbaycanda bu il müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6,05 milyard manat ayrılması nəzərdə tutulur ki, bu da 3,6 milyard dollara yaxın bir vəsait deməkdir. 2024-cü ildə isə bu xərclər 6% artırılaraq 6, 4 milyard manata və ya 3,8 milyard dollara çatdırılması planlaşdırılır. Mütləq ifadədə Azərbaycanın bu qəbildən olan xərcləri Ermənistandan təxminən 3 dəfə çoxdur".

Ekspert bildirib ki, effektiv anlamda bu fərq ən azı 50-60 qat artıqdır: "Çünki Azərbaycan son 20-25 il ərzində hər il 3-4 qat artıq xərclə hərbi güc formalaşdırıb. Təkcə bu illər ərzində çəkilən xərcin toplam fərqinə baxsaq, bu, 70-80 dəfə artıq bir hərbi xərc deməkdir.

Bu azmış kimi Ermənistanın nəyi vardısa, Vətən müharibəsində darmadağın edildi. Buna görə də, hər ilə lap milyard yarım pul ayırsalar və Fransadan silah alsalar belə, onların Azərbaycanla müqayisə edilə biləcək orduya sahib olmaları üçün ən azı 15-20 il lazımdır. Həm də bu şərtlə ki, Azərbaycan heç nə etməsin".

"Nəzərə alsaq ki, Azərbaycan yerində dayanmır, hər il Ermənistandan yenə də 3 dəfə artıq xərc ayırır, deməli ordular arasında olan fərq getdikcə daha da artacaq", - deyə E. Əmirov əlavə edib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İkinci dil öyrənənlərə xoş xəbər
Stress, əsəb bağırsaq xərçəngi yaradır
Bakı metrosunda gənclərin bu hərəkəti qınandı - VİDEO

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Həkim sirri olan məlumat vətəndaşa bu halda veriləcək
“Cümü”nün cəzası ağırlaşdırıldı