Qaynar xətt:

(+99450) 247 90 86

Lavrov sülhdən danışıb

DÜNYA

118

23.10.2023, 21:44

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, İsrail və Fələstinin sülhə eyni dərəcədə ehtiyacı var.

 

Oxu24.com xəbər verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

“Prezident Putin Yaxın Şərqlə bağlı beynəlxalq çıxışlarında İsrailin təhlükəsizliyinin təmin edilməsinə xüsusi sadiqliyimizi ardıcıl olaraq vurğulayır. Bu ölkənin hansı geosiyasi şəraitdə inkişaf etdiyini görürük. Biz başa düşürük ki, ona sülh lazımdır. Lakin onun qonşularına da sülh lazımdır. Bura Suriya, Livan və fələstinlilər daxildir”, - Lavrov Cənubi Qafqaz üzrə “3+3” formatında görüşdən sonra bildirib.

 

Rusiya XİN rəhbərinin sözlərinə görə, Moskva Fələstin-İsrail münaqişəsinin həllinə yardım etməyə hazırdır, çünki Rusiya münaqişənin bütün tərəfləri ilə normal münasibətdədir.

 

Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, Rusiya HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı törətdiyi hərəkətləri pisləyir.

 

Müəllif:Nigar