Azərbaycanda yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarında iştirak etməyə cəlb edən valideynlər cəzalandırılacaq.
Oxu24.com-un xəbərinə görə, bununla bağlı “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna dəyişiklik təklif olunur.
Dəyişikliklə qanunun 17.2.2-ci maddəsində “cinayət əməllərinə və ya fahişəliyə” sözləri “cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə” sözləri ilə əvəz edilir.
Belə ki, təklif olunan dəyişikliklə daxili işlər orqanları yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görəcəklər.
Qanunun hazırkı variantı isə belədir: "Daxili işlər orqanları yetkinlik yaşına çatmayanları cinayət əməllərinə və ya fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görürlər".
Oxu24.com
ŞƏRHLƏR