Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96862
az

Həmkarına meydan oxudu: “Gəl, sən də canlı oxu, mən də…”

22:1222 Oktyabr, 2023
152
CƏMİYYƏT
  • A

"Ozünüz oxumursunuz, yalandan oynamaqla, hay-huy etməklə, toyu yola verirsiniz".

OXU24.COM xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə "Xəzər axşamı" verilişində deyib.

Sənətçi efirlərdə ona söz atan, onu bəyənməyən həmkarlarının ünvanına sərt fikirlər səsləndirib:

"Mən çadır toylarından çıxmışam, oranın necə çətin olduğunu müğənnilər yaxşı bilir. Çıxıb orada-burada söz atan, gündəmə gəlməyə çalışanlara demək istəyirəm ki, mən buradayam. Gəl, mikrofonu götür, canlı oxuyaq. Meydandayam, sizinlə bərabər canlı oxumağa hazıram.

Hər kəs əziyyətlə pul yığıb səni toyuna çağırır. Ansanblla gedirsiniz toylara, oğlan oxuyanı da aparırsız yanınızca. Ozünüz oxumursunuz, yalandan oynamaqla, hay-huy etməklə, toyu yola verirsiniz. Bütün toyu isə oğlan idarə edir. Buna görə də səhəri gün artıq səni heç bir toya dəvət etmirlər. Tamaşaçı da ayılır.

Mən çalışıram ki, toylarda fonoqram oxumayım. Hətta ev yiyəsi özü gəlir deyir ki, Türkan xanım, biz sizin fonoqramlarınızı istəyirik. Amma mən sona qədər canlı oxuyuram. Çünkü o insan əziyyətlə qazandığı pulu gətirib mənə verir.

Elə müğənnilərimiz var ki, efirə çıxır, qəsdən elə bir söz deyir ki, "TikTok"da yayılsın. Əzizim, canlı oxumaq lazımdır. Şəxsi həyatla bizim işimiz yoxdur. Pulunuzu qazanın, başqalarına dəyib-dolaşmayın. Elə bəstəkarlar var ki, adını çəksəniz, heç o müğənnilər onları tanımayacaq. Biz elə sənətkarlar görmüşük".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Laçında ayı bir nəfəri yaraladı, hərbçilər köməyə gəldi -FOTO
"Whatsapp"da möhtəşəm YENİLİK
Azərbaycanda tanınmış müğənni vəfat etdi -FOTO

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
“Dəfn pulu”    artırılır