İsrail Müdafiə Qüvvələrinin sözçüsü kontr-admiral Daniel Həqari hava qüvvələrinin bu gündən etibarən Qəzzaya hücumlarını artırmağa başlayacağını bildirib.
Oxu24.com xəbər verir ki, Daniel Həqari bildirib ki, İsrail HƏMAS-a qarşı müharibənin növbəti mərhələsinə hazırlıq məqsədilə şənbə günündən başlayaraq Qəzza zolağına hücumları gücləndirməyi planlaşdırır.
Qəzzaya mümkün quru hücumu ilə bağlı sualı cavablandıran kontr-admiral Daniel Həqari jurnalistlərə bildirib ki, ordu ilk olaraq ən əlverişli şərait yaratmağa çalışır.
“Müharibənin növbəti mərhələlərində qüvvələrimiz üçün təhlükələri minimuma endirmək üçün hücumlarımızı dərinləşdirəcəyik. "Bu gündən etibarən hücumları artıracağıq",- deyə o bildirib.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR