Türkiyənin məşhur kulinariya yarışmalarından biri olan "Yemekteyiz" tarixində bir ilk yaşanıb.
OXU24.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Yemekteyiz" yarışmasına qatılan 2021 "MasterChef" yarışmacısı Fikrət ana yemək olaraq ballı xardal ilə qurbağa ayaqları bişirib.
Fikrətin əsas yeməyini görən rəqibi Səma əsəbiləşib və qurbağanı yeməkdən imtina edib.
Yarışmanın aparıcısı Zuhal Topal belə bir yeməyin yarışma tarixində bir ilk olduğunu bildirib.
ŞƏRHLƏR