FİFA Konqolu gənc məşqçiyə təcavüzə görə 20 il müddətinə futboldan uzaqlaşdırılıb
Konqolu gənclərin keçmiş məşqçisi Conatan Bukabakve azyaşlıya cinsi təcavüz etdiyi üçün 20 il müddətinə bütün futbol fəaliyyətlərindən uzaqlaşdırılıb.
Oxu24.com xəbər verir ki,Bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) mətbuat xidməti məlumat yayıb.
Məşqçinin 100 min İsveçrə frankı da ödəyəcəyi qeyd olunur. 20 illik dayandırma müddəti bu gündən, oktyabrın 20-dən başlayır. Məşqçi 2022-ci ilin noyabrında cinsi qısnamada ittiham olunub. O, ötən ilin martında 5 ay müddətinə işdən kənarlaşdırılıb.
Avqust ayında Zambiya millisinin baş məşqçisi Brüs Mvapenin təcavüzdə şübhəli bilindiyi bildirilmişdi.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR