İsrail Fələstini Qəzza zolağındakı Əl-Qüds xəstəxanasından insanları təxliyə etməyə çağırıb.
Oxu24.com xəbər verir ki,bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti sosial şəbəkələrdəki səhifəsində məlumat yayıb.
Təşkilatın məlumatına görə, tibb işçiləri ilə yanaşı, xəstəxanada 400-dən çox xəstə və orada sığınacaq tapmış 12 minə yaxın məcburi köçkün mülki şəxs var.
Bundan əvvəl İsrail hakimiyyəti Livanla sərhəddə yerləşən Kiryat Şmona şəhərinin sakinlərinin təxliyyəsi planının aktivləşdirilməsini elan etmişdi. Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) öz Telegram kanalında məlumat yayıb.
Planı müdafiə naziri Yoav Gallant təsdiqləyib. Proqram yerli hakimiyyət orqanları, Turizm Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən idarə olunacaq. Hesabatda qeyd olunur ki, Kiryat Şmona sakinləri dövlət tərəfindən maliyyələşdirilən otellərə köçürüləcək.
İDF mətbuat xidməti əlavə edib ki, şimal komandanlığı qərarla bağlı şəhər merinə məlumat verib.
Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Minlərlə yaraqlı İsrail ərazisini işğal edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bu fonda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
Müəlif:Nigar
Oxu24.com
ŞƏRHLƏR