Rusiya Finlandiya ilə transsərhəd əməkdaşlıq müqaviləsini ləğv edib.
Oxu24.com xəbər verir ki,müvafiq sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.
"Rusiya Federasiyası hökuməti ilə Finlandiya Respublikası hökuməti arasında Rusiya Federasiyası ilə Finlandiya Respublikası arasında sərhədyanı əməkdaşlığın təşviqi haqqında sazişə xitam verilsin", - hüquqi məlumatların rəsmi internet portalında dərc olunan sənəddə deyilir.
Rusiya Xarici İşlər Nazirliyi qərarla bağlı Helsinkiyə məlumat vermək üçün artıq göstəriş alıb.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR