Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya və Belarusa daha bir qadağa qoyuldu

DÜNYA

166

20.10.2023, 21:51

Beynəlxalq Gözdən Əlillər  İdmanı Federasiyasının  İcraiyyə Şurası Rusiya və Belarusun üzvlüyünü dayandırıb.

Oxu24.com xəbər  verir   ki,  bu  barədə    IBSA saytı məlumat yayıb.

Qurumun sessiyasının oktyabrın 12-də Rusiya Paralimpiya Komitəsinin (RPK) üzvlüyünün iki il müddətinə dayandırıldığı Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) baş assambleyasından sonra keçirildiyi dəqiqləşdirilir.

“IBSA İcraiyyə Şurası bu yaxınlarda Bəhreyndə keçirilmiş IPC Baş Assambleyasının Rusiya və Belarusun üzvlüyünü iki il müddətinə qismən dayandırmaq qərarına hörmətlə yanaşacağını və dəstəkləyəcəyini təsdiqləyir”, - bəyanatda deyilir.

 

IBSA həmçinin IPC-nin qərarını dəstəkləməyə və Rusiyadan olan idmançılara 2024-cü il Paris Paralimpiya Oyunlarında və IPC tərəfindən sanksiyalaşdırılan digər tədbirlərdə iştirak etməyə icazə verib.

 

Müəllif:Nigar