Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu nəticəsində azı 30 Fransa vətəndaşı həlak olub.
Oxu24.com xəbər verir ki,CNN-in məlumatına görə, bu barədə cümə günü Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, yeddi Fransa vətəndaşı hələ də itkin düşüb. Nazirlik əlavə məlumat vermədən bu şəxslərin “bəzilərinin” Qəzzada girov saxlandığını da bildirib.
“Biz onların azad edilməsi üçün mümkün olan hər şeyi edirik”, - nazirlik əlavə edib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR