Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96750
az

Aramsız mədə yanğısı xərçəngönü vəziyyətin xəbərçisi ola bilər

22:2819 Oktyabr, 2023
209
  • A

Mədə yanğısı, göynəmə, el dilində, “izjoqa” heç də zərərsiz bir simptom deyil.

“OXU24.COM” xəbər verir ki, onkoloq Anastasiya Maryenko hansı halda mədə yanğısından ehtiyatlanmağın vacibliyini açıqlayıb.
“Kəsilməyən yanğı,qıcqırma qida borusu displaziyasının başladığını göstərə bilər.

Amma əgər göynəmə varsa, mütləq endoskopik müayinədən keçmək lazımdır.

Periodik olaraq qıcqırma QERB adlı reflüks xəstəliyindəndir.

Bu o deməkdir ki, yandırıcı mədə şirəsi qida borusuna böyük həcmdə geri qayıdır və selikli qişanı yandırır.
İllər ərzində selikli qişa bərpa olmağa macal tapmır, displaziya yaranır.

Yandırıcı turşunun uzun təsiri nəticəsində selikli qişanın hüceyrələri zədəli bərpa olunur və çapıq yeri yaranır. Bu isə xərçəngönü vəziyyətdir.

Endoskopik müayinədə displaziya aşkar olunarsa, mütləq vaxtında ciddi müalicə olunmalıdır ki, xərçəngə çevrilməsin. Həkim xüsusi dieta da yazmalıdır.

Reflüksü artıran səbəblər alkoqol, siqaret, qızarmış, turş, acı qidalar, yeməkdən sonra uzanmaq və qazlı içkilərdir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəng yaradan əsas qidadır - Hər kəs bəh-bəhlə yeyir: Onkoloq xəbərdarlıq etdi
Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir: Necə qorunmaq olar? -VİDEO
"Azərə imtina cavabı gəldi, bu onu çökdürdü"

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Bakıda evlərdən oğurluq edən keçmiş    məhkum    tutuldu