Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96722
az

Düyünü faydasını itirmədən bişirək - DİYETOLOQ MƏSLƏHƏTİ

21:1918 Oktyabr, 2023
182
  • A

Rusiyalı terapevt, diyetoloq, tibb elmləri doktoru Marqarita Korolyova buxarda bişmiş düyünün sinir sistemi üçün olduqca faydalı olduğunu bildirib.

OXU24.COM  oxu.az-a istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, buxarda hazırlanmış düyüdə çoxlu B vitaminləri var ki, insan orqanizminin buna böyük ehtiyacı var.

"Düyünün bütün qida dəyərini qorumaq üçün buxarda bişirmək lazımdır. Eyni zamanda, bişmə zamanı B vitaminləri və əlavə minerallar düyünün üst qatından əsas hissəsinə keçir", - deyə Marqarita Korolyova izah edib.

İnsanda qrup vitaminləri kifayət qədər olmadıqda müxtəlif nevroloji pozğunluqlar yarana bilər. Marqarita Korolyova düyünü gecə soyuq suda isladıb, səhər su şəffaflaşanadək yaxalamağı, ondan sonra bişirməyi məsləhət görür.

"Bu, yüksək glisemik indeksi olan nişastanın tərkibini minimuma endirmək üçün lazımdır. Yalnız bundan sonra düyü bişirməyə başlamalısınız. Onu səhər yeməyi, nahar və ya şam yeməyində yeyə bilərsiniz", - deyə həkim qeyd edib.

Diyetoloq, həmçinin bağırsaq hərəkətliliyini yaxşılaşdırmaq üçün düyünü tərəvəz və göyərti ilə birlikdə bişirib yeməyi məsləhət görür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paytaxt ərazisində evlərin qiyməti nə qədər artıb? - VİDEO
Min dərdə dəva, sehirli içki: Şalqam suyu
Gözəllik salonlarında bunlar qadağan olunur

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto