İsrailin Qəzzalıların Qəzza zolağının şimalından cənubuna köçməsi əmrini də geri götürməsini tələb edən Braziliyanın qətnamə layihəsinin bloklanması ABŞ üçün böyük xarici siyasət uğursuzluğuna çevrildi.
Oxu24.com xəbər verir ki,Bu fikri Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
“Maskalar atıldı. Amerikalılar sülhməramlı kimi görünməyə nə qədər çalışsalar da, sonda uğursuzluğa düçar oldular”, – diplomat Telegram-da yazıb.
Oktyabrın 18-də BMT Təhlükəsizlik Şurası Fələstin-İsrail münaqişəsi ilə bağlı Braziliyanın qətnaməsini qəbul etməyib. BMT Təhlükəsizlik Şurasının 12 üzvü qətnamə layihəsinin lehinə səs verib, Böyük Britaniya və Rusiya səsvermədə bitərəf qalıb, yalnız ABŞ onun əleyhinə səs verib.
Oktyabrın 17-də Rusiyanın Fələstin-İsrail münaqişəsi ilə bağlı Qəzza zolağına hücumları pisləyən və atəşkəsə çağıran qətnamə layihəsi də qəbul edilməyib. Qətnamə lazımi sayda səs toplamadı - yalnız beş ölkə onun lehinə səs verdi.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR