Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96700
az

Şoyqu NATO-nun İsveç və Finlandiyada bazalarının tezliklə yerləşdirilə biləcəyini açıqlayıb

16:1618 Oktyabr, 2023
114
DÜNYA
  • A

NATO tezliklə öz bazalarını İsveç və Finlandiyada yerləşdirə bilər.

 Oxu24.com xəbər verir ki,Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarus və Rusiya Federasiyasının müdafiə nazirliklərinin birgə kollegiyasının iclasında bildirib.

O qeyd edib ki, son vaxtlar NATO-nun açıq düşmənçilik fəaliyyəti nəticəsində İttifaq dövlətinin sərhədlərinin perimetri boyunca vəziyyət kəskin şəkildə pisləşib.

Xüsusilə, Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması və İsveçdə NATO ilə birgə tədbirlər keçirməsi əlavə gərginlik mənbəyi yaradıb.

“Yaxın gələcəkdə bu ölkələrin ərazisində koalisiya hərbi bazalarının və zərbə silahlarının yerləşdirilməsi istisna oluna bilməz”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, ötən ilin fevralından Şərqi Avropa və Baltikyanı ölkələrdə NATO qoşunlarının sayı iki dəfə yarım artaraq 30 min nəfəri keçib ki, onların da yarıdan çoxu ABŞ hərbi qulluqçularıdır. Bundan əlavə, NATO-nun şərq cinahında mütəmadi olaraq Rusiya və Belarusla hərbi münaqişə ssenariləri əsasında təlimlər keçirilir, Şoyqu bildirib.

Rusiya prezidenti Vladimir Putinin dediyi kimi, 1991-ci ildə NATO Şərqə genişlənməyə söz verdikdən sonra alyansın genişlənməsinin “beş dalğası” keçdi.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyadan Ərdoğanın “bir mən, bir Putin...” sözlərinə reaksiya
Mask tarixə düşdü
MAQATE Ukraynanın tələbi ilə fövqəladə iclas keçirəcək

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb