Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9670
az

Azərbaycanda sübh çağı daha bir zəlzələ

09:1506 Fevral, 2019
692
CƏMİYYƏT
  • A
 
Fevralın 5-də İsmayıllı rayonu ərazisində yerli vaxtla saat 23:20 və 23:32-də iki yeraltı təkan (zəlzələ) baş verib.

Oxu24.com  xəbər verir ki, ETSN-nin Milli  Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərovun jurnalistlərə verdiyi məlumata görə, zəlzələnin maqnitudası 5.1, dərinliyi 10 km olub.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, onun episentri Basqal kəndindən 5 km şimal-qərbə təsadüf edib. Episentrdə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib.

Bölgələrlə aparılmış operativ sorğunun nəticələrinə görə, zəlzələ Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.

Birinci təkan qısamüddətli, ikinci təkan isə nisbətən uzunmüddətli hiss edilib. İlkin məlumata görə, torpaq sürüşməsi ilə bağlı məlumatlar qeydə alınmayıb. Hazırda dəqiqləşdirmələr aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda rəfiqələr birləşib qadını öldürdü - Səbəb dəhşətə gətirir
Qaraciyərin piylənməsi xərçəng xəstəliyinə necə səbəb olur?
Bu əlamətlər varsa böyrəyiniz xəstədir - Dərhal həkimə müraciət edin!

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu