Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96696
az

Allahşükür Paşazadə “İmam Qarafi” ordeni ilə təltif olunacaq

14:1918 Oktyabr, 2023
101
CƏMİYYƏT
  • A

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə səfərdə olduğu Misirin paytaxtı Qahirədə həmin ölkənin müftisi, Dünya Fətva Heyətləri Baş Katibliyinin rəhbəri Şövqi Əllamla görüşüb.

Bu barədə  QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Şeyxülislam və onu müşayiət edən nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu ifadə edən Şövqi Əllam rəhbərlik etdiyi qurumun VIII Forumu, toplantıda müzakirə ediləcək məsələlər barədə geniş məlumat verib.

Misir Müftisi qeyd edib ki, Forumda Dünya Fətva Heyətləri Baş Katibliyinin fəaliyyətinə verdiyi töhfələrə görə Şeyxülislam Allahşükür Paşazadə “İmam Qarafi” ordeni ilə təltif olunacaq.

A.Paşazadə sülhə və əmin-amanlığa böyük ehtiyac duyulduğu bir dövrdə Qahirədə belə bir Forumun keçirilməsini mühüm hadisə adlandırıb və tədbirinm işinə uğurlar arzulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov da iştirak edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN