Ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluğu ilə Ümummilli Lider Heydər
Əliyevin 100 illik yubileyinə həsr edilmiş Mühəndislik hakatonu keçirildi. Yeni
Azərbaycan Partiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə
təşkilatçılığı ilə Azərbaycan-Fransız Universitetində baş tutan intellektual yarışın açılış
mərasimində tələbələr və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Açılış mərasimində çıxış edən Kapital Bank-ın Proqramlaşdırma üzrə funksional lideri
Fariz Lətifov bu kimi intellektual yarışların gənclərin innovativ potensialının inkişafında
rolundan danışdı. O, qeyd etdi ki, “Biz Kapital Bank olaraq texnoloji həllərin inkişafı
istiqamətində aktiv fəaliyyət göstəririk. Bizim əksər bank xidmətlərimizi Birbank proqramı
vasitəsilə əldə etmək mümkündür. Bu isə mühəndislərin sayəsindədir. Bu səbəbdən də bank
olaraq mühəndislərin təhsilinə və inkişafına böyük önəm veririk. Bilirik ki, bu günün uğurlu
tələbələri gələcəkdə bizim həmkarlarımız olacaq və bankımıza töhfə verəcəklər”.
Daha sonra ölkənin 21 ali təhsil müəssisəsinin tələbələri arasında yarışmaya start verildi.
Yarışa qoşulan 30 komanda 3 mövzu üzrə biliklərini sınadı. “Ekologiya və ətraf mühit”,
“Nəqliyyat və logistika”, “Texnologiya və innovasiya” istiqamətləri üzrə verilən tapşırıqlara
komandalar maraqlı həllər təklif etdilər. Yaxın 1 həftə ərzində komandaların nəticələri elmi
komitə tərəfindən müəyyən edilmiş kriteriyalar əsasında qiymətləndiriləcək və 21
oktyabrda baş tutacaq “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən
bəhrələnən müasir Azərbaycan Gəncliyi” adlı tədbirdə 3 qalib komanda elan ediləcək. Qalib
komandaların hər birinə 2500 AZN dəyərində mükafat təqdim olunacaq.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən
böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul
və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə
bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün
— //kbl.az/prcrc .
ŞƏRHLƏR