Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) mühasirədə olan Qəzzada köçkün fələstinlilərin sığındığı UNRWA məktəbinin atəşə tutulması nəticəsində 6 nəfərin öldüyünü açıqlayıb.
Oxu24.com xəbər verir ki,UNRWA-nın baş komissarı Filip Lazzarini Agentliyin internet saytında verdiyi yazılı açıqlamada, İsrailin Qəzzanın mərkəzi bölgəsində minlərlə köçkünə ev sahibliyi edən əl-Magazi Qaçqınlar Düşərgəsindəki UNRWA-ya bağlı bir məktəbi hədəf aldığını bildirib.
İsrailin bombardmanı nəticəsində məktəbdə 6 nəfərin öldüyünü qeyd edən Lazzarini, aralarında UNRWA əməkdaşlarının da olduğu onlarla adamın yaralandığını bildirib.
Ölənlərin sayında artım ola bilər
Lazzarini məktəbdə ciddi maddi ziyanın olduğunu və ölənlərin sayının arta biləcəyini bildirib.
Sözügedən məktəbdə sığınacaq alan 4 min nəfərin olduğunu qeyd edən BMT rəsmisi, "Bu, utanc verici bir vəziyyətdir və bir daha göstərir ki, dinc əhalinin həyatına açıq şəkildə göz yumulur. "Artıq Qəzzada təhlükəsiz yer belə yoxdur. UNRWA obyektləri təhlükəsiz deyil." .
Digər tərəfdən, BMT-nin sözçüsü Stefan Dujarrik BMT-nin Nyu Yorkdakı binasında təşkil edilən mətbuat konfransında 7 oktyabrdan bəri Qəzzaya endirilən hava hücumları və bombardmanlar nəticəsində UNRWA-nın 24 obyektinin zərər gördüyünü bildirib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR