ABŞ texnologiya sektoru şirkətləri də daxil olmaqla Çindən olan 13 təşkilata qarşı ixrac məhdudiyyətləri tətbiq edib.
Oxu24.com xəbər verir ki,bu barədə ABŞ Ticarət Nazirliyi açıqlama yayıb.
"Bu təşkilatlar ABŞ hökuməti tərəfindən ABŞ-ın milli təhlükəsizliyinə və ya xarici siyasət maraqlarına qarşı fəaliyyət göstərən kimi müəyyən edilib", - nazirlik bildirib.
Bundan əvvəl Çinin xarici işlər naziri Vanq Yi ABŞ dövlət katibi Antoni Blinkenlə söhbəti zamanı ölkənin ABŞ ilə münasibətlərinin pisləşməsini dayandırdığını və sabitliyə çatdığını bildirib.
Həmçinin bildirilib ki, Çinin xarici işlər naziri Vanq Yi və ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısının alınmasını müzakirə ediblər. Dövlət Departamenti Yaxın Şərq məsələlərində və münasibətlərdə Çinlə əlaqəni davam etdirməyə razı olduğunu bildirib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR